Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İkinci Qarabağ müharibəsində Qəhrəmanlar diyarı Qubadlının işğaldan azad etməklə sərhədlərmizin tam bərpasına nail olduq

0

  •                 29  il gözü yolda qalan doğma  Qubadlı torpağına indi Qubadlılar  qədəm qoyub vətənin düşməndən   azad olunmasının sevincini yaşayırlar.        Həm strateji baxımından həm də coğrafi mövqeyi baxımından  Qubadlı   rayonu Azərbaycan Resublikasının ən  qədim və qəhrəmanları ilə tanınan gözəl   bir  diyarıdır. Bir  tərəfdən  İran  İslam  respublikası ilə digərər  bir  tərəfdən  ermənistanla  sərhəddə  yerləşən  Qubadlının 1992-ci  ildə  ermənistanın  təcavüzkar dəstələrinin  işğal etməsi  o  zaman Qubadlıya  yaxın  ərazidə yerləşən Zəngilan, Cəbrayıl, Fizuli rayonlarınında  düşmən  tərəfdən  işğala  məruz  qoyması  ilə   nəticələnmişdir.        Qubadlı  öz  qəhrəmanları  ilə   öyünən  diyar   olaraq   burada   ta  qədim  tarixdən  qəhrəmanlar  at  oynatmış  Azərbaycanın  əfsanəvi   qəhrəmanları   Qaçaq  Nəbi, Qaçaq   Kərəm  o  zamanlar   haq-ədalət  uğrunda   savaşmış,  Qubadlı   dağlarında  məskən  salaraq   əhalini  yağılardan   müdafiəsinə qalxmışlar.        Məhz Birinci Qarabağ müharibəsində düşmənlə   üz-üzə döyüşən Qubadlılar  bir  neçə  ay   ermənistanın  hərbi   təcavüzkar dəstələrinə  qarşı döyüşərək vətənin  müdafiəsi  uğrunda  canlarını  şəhid  etmişdirlər.  Elə  bu  qəhrəman  oğulların  sayəsində   Qubadlıların  düşmənə  əsir düşməməsi  üçün  əhali  arasında  ölüm  sayının  az  olmasına  səbəb  olmuşdur. Birinci  Qarabağ   müharibəsində   öz  qəhrəmanlığı    şücayəti ilə dillərdə dastan  olan  Qubadlının  qəhrəman  Şəhidi   Əliyar  Əliyevdə  o vaxtlar düşmənə   qorxu   bəxş  edən,  əfsanəvi Milli Qəhrəmanlardan  biri  olmuşdur.        İşğalda  qalan  rayonların  sakinləri  kimi   Qubadlı  rayonundan  olan  məcburi  köçkünlərdə illərlə Qubadlıdan  ayrı düşmək taleyi  ilə   barışmağa  məcbur  olaraq   29  il Ölkəmizin müxtəlif  ərazilərində qaçqın  həyatı    yaşasalarda   amma  doğma  vətənləri   Qubadlını   heç  zaman  yaddan  çıxarmadılar.Təcavüzkar  ermənistanın  regionda  hərbi   və təcavüz  həmlələri Azərbaycan  xalqının səbrini hər gün daşırır  ,  sərhəddə  düşmənin  təxribat  hərəkətləri  bitib-tükənmirdi. 2016-cı  ildə  Aprel  ayında   ermənistanın   terrorçu   dəstələri   iri  çaplı   silahlardan  Tovuz  rayonu   istiqamətində  hücuma  keçməsi,  Azərbaycan  Respublikasının   Silahlı   Qüvvələri  bu  hücumun  qarşısını   alaraq  düşmən  tərəfi   tamamilə   susduraraq   düşməni  ərazilərmizdən  bir  qədərdə  geri  çəkilməyə   məcbur  etmişdir. Aprel   döyüşlərində   əsl  hərbiçi   olaraq   əslən  Qubadlıdan  olan  palkovnik  Şükür  Həmidov    Aprel  döyüşlərində  Lələtəpə   yüksəkliyinin, Tərtər   rayonun  Talış  istiqamətində  gedən  döyüşlərdə  Ermənistanın  yüzlərlə  əsgərini   məhv  edərək    hərbi   baxımdan   vacib  yüksəkliklərin  alınmasında  Şükür  Həmidov   böyük   şücaiyəti  ilə   seçilmişdir. Şükür  Həmidovla  çiyin-çiyinə   daim  Qubadlı   həsrəti  ilə   yaşayan  hərbi   sirrləri  dərindən  bilən   Mayıs Bərxudarov  Aprel  döyüşlərində   düşmənə  ağır  zərbələr   endirən   hərbiçilərmiz  olmuşdur.Daim  Azərbaycan  əsgərinə  qayğı  ilə   yanaşan  Ali  Baş  Komandan  Prezident  Cənab  İlham  Əliyev  əslən  Qubadlıdan  olan  Aprel  döyüşündə   qəhrəmanlığı  ilə yadda  qalan  Şükür  Həmidova  Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq   görmüşdür. Lələ  təpə  yüksəkliyinin  alınmasında   fəal  iştirak  edən  Mayis  Bərxudarov  isə  Ali Baş  Komandanın  sərəncamına  əsasən  General-mayor rütbəsinə  yüksəldilmişdir.Əlbəttə,  Vətən  hamımız  üçün  əzizdir ,  amma  Qubadlılar  üçün  Qubadlı   həsrəti  torpağa  olan sevgi onların  arasından  qəhrəman  oğullar  yetişdirib  düşməndən   qisas  alacağı    günün  yaxında  olduğuna  böyük  inam  yaratmışdır.     27 Sentyabrda Ali Baş Komandan  Prezident  Cənab  İlham  Əliyevin  işğalda  qalan  torpaqlarmızdan  Ermənistanın  terrorçu   dəstələrinin  çıxarılması  ilə əlaqədar  verilən  əmr   İkinci  Qarabağ  müharibəsinin  başlanmasında  Qubadlının  vətənpərvər  oğullarıda   Vətən  müharibəsində  öndə   döyüşə  gedən  oğullardan  olmuşdur. Həmişə   Qubadlını   görmədən  ölməyəcəm  deyən  uşaq  ikən  bu  doğma   yurddan  didərgin  düşmüş   Azərbaycan  Ordusunun  sıralarında  44  günlük  vətən  müharibəsində   düşməni   məhv  edərək   Azərbaycan  əsgərinin   döyüş  ruhunu   əzmini   mətinləşdirən  əslən  Qubadlıdan  olan  Azərbaycanın  Milli  Qəhrəmanı   polklovnik  Şükür  Həmidovda   Qubadlının  azad  olunması   uğrunda   Şəhidlik   zirvəsinə   ucalan  qəhrəman  oğullardan  oldu.Qubadlı  torpağına   ayaq  basaraq   üç  rəngli   ay  ulduzlu   bayrağımızı  Qubadlı   yaxınlığında   zirvəyə sancan  Milli   Qəhrəman  Şükür  Həmidov  düşmən  gülləsinə   tuş  gələrək   vətən  uğrunda   şəhidlik  məramına  ucalmışdır.Prezident  Cənab  İlham Əliyev və  Birinci  xanım Mehriban  xanım Əliyeva  ilk dəfə işğaldan azad  olunmuş  Qubadlı   rayonuna  səfər  edərək burada düşməninin  dağıdıb  viran  etdiyi   Qubadlı  rayonunu   və  kəndlərini  gəzərək   çəkiliş  vasitəsilə   təcavüzkar  Ermənistanın  viran  etdiyi   Qubadlını  dünyaya  və  Azərbaycan  xalqına   göstərdilər. 2020-ci  il   23  dekabr   tarixində  Prezident Cənab  İlham  Əliyev  Qubadlı  rayonunda  səfərdə  olarkən  Azərbaycanın  üç  rəngli   bayrağını qeyd  etmişdir  “Qubadlının  işğaldan  azad   edilməsi   tarixi   hadisədir. Qubadlı  şəhərinin  azad  edilməsi   böyük    Qələbəni  yaxınlaşdırdı. Qubadlı   uğrunda   şddətli   döyüşlər gedib,  Azərbaycan Şəhidlər  verib  . Onların  arasında   Qubadlı  rayonundan  olan,  Milli Qəhrəman  Şükür  Həmidov  kimi   öz  doğma  diyarı   uğrunda   gedən  döyüşlərdə   qəhrəmancasına həlak   olmuş  igidlərin  adını  çəkmək  olar  “.      İndi digər rayonlarmız kimi Qubadlı rayonuda azaddır. İndi əslən Qubadlıdan olan uyuyan Milli Qəhrəmanlarmız   Şəhid  Əliyar  Əliyevin,  Şəhid  Şükür  Həmidovun  ruhu  şaddır.İnanıram ki, tezliklə Qubadlılar da illərlə  mənəvi    və  fiziki   əzaba  düçar  olmasına   baxmayaraq    tezliklə   Qubadlıya  Böyük  Qayıdış  başlayacaq, Qubadlılar    Dövlətimizin  Prezident  Cənab  İlham  Əliyevin  sayəsində  yenidən  dirçəldiləcəkdir.Allah  Şəhidlərmizə  rəhmət  eləsin !Aydın Əliyev, Xocalı rayon Qaragav kənd sakini           
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib96 dəfə
    İkinci Qarabağ müharibəsində Qəhrəmanlar diyarı Qubadlının işğaldan azad etməklə sərhədlərmizin tam bərpasına nail olduq

    Maraqlı gələ bilər
    43
    172
    57
    42
    56
    280